RU
İlham Əliyevin Gürcüstana səfəri başladı
17:00
565

İlham Əliyevin Gürcüstana səfəri başladı

Prezidentlər mətbuata bəyanatla da çıxış edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfəri çərçivəsindəTbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə əkil qoyub.

Daha sonra Azərbaycanın prezidenti İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. /atertac

7News.Az

15:48

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Tbilisi aeroportunda prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət rəmiləri qarşılayıblar.

Daha sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsi önünə gül dəstləri qoyub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfər noyabrın 6-da başa çatacaq. /APA

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ