Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti öz işinə başlayıb.
7News.Az xəbər verir ki, öncə Polşa prezidenti Andjey Duda çıxış edib. O, NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.
Hazırda NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edir. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.
Qeyd edək ki, sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o yazıb.
Artıq Ermənistan prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Varşavaya işgüzar səfərə gəlib.








