RU
İlham Əliyevin Türkiyə səfəri
14:18
815

İlham Əliyevin Türkiyə səfəri

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar Türkiyəyə rəsmi səfərdə edəcək.

7News.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.

Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

Xatırladaq ki, martın 15-də Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Sammitə dəvət edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ