RU
İlham Əliyevin Türkiyə səfərinin proqramı
10:11
977

İlham Əliyevin Türkiyə səfərinin proqramı

Prezident İlham Əliyev bu gün Bakı vaxtı ilə saat 12:30-da Türkiyədə olacaq. 

Türkiyə prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə saat 12:45-də prezidentlərin təkbətək görüşü planlaşdırılıb.

Rəsmi proqrama görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. 

Səfər zamanı Azərbaycan-Türkiyə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanacaq.

İmza mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyev və Ərdoğanın birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Saat 15:30-da Türkiyə prezidentinin adından prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət veriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ