“Azərbaycan və Ukrayna arasında əməkdaşlıq üçün böyük potensial var”.
7News.Az xəbər verir ki, bunu hazırda Bakıda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasında bildirib.
“Bizim xalqların əlaqələri arasında böyük potensial var və cəsarətlə deyə bilərəm ki, hər iki ölkənin prezidentləri arasında isti və dost münasibətləri mövcuddur. Biz aktiv şəkildə danışıqlar prosesindəyik”, - deyə Poroşenko vurğulayıb.
Onun sözlərinə görə, ölkələr arasında əldə olunan bütün razılaşmalar qətiyyətli formada həyata keçirilir.








