"Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”
Bu sözləri saytımıza açıqlamasında millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov deyib.
O, qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.
"Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir.
Azərbaycanda qanunların aliliyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir. Bütün bunlar isə dövlətimizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir.
Bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət nəticələr verməkdədir. ASAN Xidmətdən bütün vətəndaşlar razıdır. Çünki bu qurumun yaradılması ilə bır sıra problemlər aradan qaldırıldı. Sosial sahədə isə DOST Agentliyi yaradılıb və təbii ki, bu da vətəndaş məmnunluğu yaradır. Ölkə başçısı həmçinin, məşğulluğun leqallaşması istiqamətində qərarlar qəbul edib, kiçik və orta biznesin inkişafını dəstəkləyir.
Cənab Prezident qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həqiqətən də belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir.
Azərbaycan dolanışıq, sabitlik, əmin-amanlıq baxımından bir çox ölkələr üçün nümunədir. Təbii ki, hər kəs istəyir ki, insanlar daha da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Dövlətimizin həyata keçirdiyi siyasətin də məqsədi budur. Amma bütün bunlara tədricən nail olunur. Şübhəsiz ki, bu yöndə addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün populist çıxışlar edirlər ki, bunların da heç bir əsası yoxdur.
Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımıza mane olmağa çalışanların qarşısını almalıyıq. Bünün üçün qanunlar çərçivəsində nə mümkündürsə, etmək lazımdır.”








