RU
İlham Zəkiyev 6 qat Avropa çempionu oldu
09:38
474

İlham Zəkiyev 6 qat Avropa çempionu oldu

Dörd cüdoçumuz Rioya Paralimpiyaya lisenziya qazandı.

Portuqaliyada paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

Yarışların birinci günündə Azərbaycanın dörd idmançısı medal qazanıb.

Məşhur cüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq 6 qat Avropa çempionu olub.

Bayram Mustafayev qızıl medal, Ramin İbrahimov gümüş medal, Kənan Abdulxanlı isə bürünc medal qazanıb.

İdmançılarımızın dördü də Rio-de-Janeyroda keçiriləcək Paralimpiyaya lisenziya qazanıb.

Şənbə günü tatamiyə daha beş paralimpiyaçı çıxacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ