RU
İlhamə Quliyeva adlı tələbəmiz yoxdur
13:24
3120

İlhamə Quliyeva adlı tələbəmiz yoxdur

Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi.

72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.

“Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.

Xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlanıldı.

Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün İlhamə xanımın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət görüb.

Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”./teref

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ