7NEWS.az xəbər verir ki, Çilinin mərkəzi və cənub bölgələrində həftəsonundan bəri təsirli olan güclü yağış sel fəlakətini də özü ilə gətirib. Çoxlu çaylar daşdı, suyun səviyyəsi qalxdı. Evləri, əkin sahələrini, küçələri və xiyabanları su basıb. Qapalı qalan insanlar helikopter və qayıqlarla xilas edilərkən bəzi ərazilərdə insan zəncirləri yaranıb. İnfrastruktura da külli miqdarda ziyan dəyib. Yağışdan ən çox O'Higgins, Maule, Nuel və Valparaiso bölgələri zərər çəkib.
7NEWS.az








