Avropa Aralıq dənizi seysmologiya mərkəzinin məlumatına əsasən, Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
7News.az xəbər verir ki, yeraltı təkanlar noyabrın 8-də yerli vaxtla saat 04:55-də qeydə alınıb.
Zəlzələnin episentri Talkayano şəhərindən 42 kilometr şimal-qərbdə yer səthindən 2 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində dağıntılar və zərər çəkənlər barədə hələ ki, heç bir məlumat verilmir.
7News.az








