7NEWS.az xəbər verir ki, Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib. Parlamentdə 14 "xeyr” səsinə qarşı 127 "hə” səsi ilə qəbul edilən qanun layihəsi yaxın 5 ildə ölkədə həftəlik iş vaxtının 45 saatdan 40 saata endirilməsini nəzərdə tutur. Çilidəki bir çox şirkət bu ilin əvvəlində 2026-cı ilə qədər 40 saatlıq iş həftəsi tətbiq edəcəklərini söyləyib. Kiçik firmalar isə yeni qanunu tənqid edərək, daha çox işçi işə götürmək üçün kifayət qədər resurslarının olmadığını bildirib.
7NEWS.az








