RU
Çilidə meşə yanğını 99 nəfər həlak OLUB
12:02
40

Çilidə meşə yanğını 99 nəfər həlak OLUB


7NEWS.az xəbər verir ki, Fəlakət bölgəsini ziyarət edən Boric, təcili yardım qruplarının fövqəladə vəziyyət sayəsində bölgəyə daha asan çata biləcəklərini ifadə etdi.

Yanğınların sürətlə yayıldığı üçün axtarış-xilasetmə qrupları fəlakət bölgəsinə çatmaqda çətinlik çəkir. Bölgədə indiyədək mindən çox evin yandığı açıqlanıb.

Hökumət əhaliyə meşə yanğınlarından zərər çəkmiş ərazilərə getməmək barədə xəbərdarlıq edib. Səbəbi hələ məlum olmayan meşə yanğınları ilə bağlı araşdırmalara başlanılıb.

Ordunun da səfərbər olduğu yanğınsöndürmə işlərində 1400-ə yaxın yanğınsöndürən iştirak edir. Valparaisodakı fəlakətin Çili tarixində ən çox insan itkisinə səbəb olan meşə yanğını olduğu düşünülür.

Yanğınlardan zərər çəkənlərin əksəriyyəti yay tətili üçün ölkənin sahil zolağında olanlardır. Yay aylarında çoxlu turistin ziyarət etdiyi dənizkənarı Valparaiso şəhəri paytaxt Santyaqodan 116 kilometr uzaqlıqdadır.

Çili Səhiyyə Nazirliyi daha əvvəl bölgədəkilərə xəbərdarlıq mesajı vermişdi. Nazirlik həmçinin zəruri olmayan əməliyyatların təxirə salınmasını istəyib və səyyar xəstəxanaların yaradılacağını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ