7NEWS.az xəbər verir ki,Cənubi Amerika ölkəsi Çilinin müxtəlif bölgələrində cümə günündən bəri davam edən meşə yanğınlarında qurbanların sayı getdikcə artır. Ədliyyə Tibb Təşkilatından verilən açıqlamada Vina del Mar və Valparaiso şəhərlərində cəmləşən yanğınlarda həyatını itirənlərin sayının 123-ə yüksəldiyi açıqlanıb.
Bir çox meyitin pis vəziyyətdə olduğu və onların şəxsiyyətini müəyyənləşdirməkdə çətinlik çəkdiyi bildirilib.
Vina del Mar meri Macarena Ripamonti təxminən 300 min insanın yaşadığı şəhərdə 370 nəfərin itkin düşdüyünü bildirib.
Çili daxili işlər nazirinin müavini Manuel Monsalve bildirib ki, yanğınlarda 15 minə yaxın evə ziyan dəyib. Bundan əlavə, bir çox park edilmiş avtomobillər külə dönüb.
Digər tərəfdən, Çili prezidenti Qabriel Boriç dünən ölkədə 2 günlük milli matəm elan edildiyini açıqlayıb.
7NEWS.az








