RU
Çilidə qatar avtobusu vurub, ölənlər var
10:40
39

Çilidə qatar avtobusu vurub, ölənlər var

Çilinin cənubunda qatarın avtobusu vurması nəticəsində azı 7 nəfər ölüb.

Bu barədə ölkənin "BioBio” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, avtobusda 17 nəfər olub. Nəqliyyat vasitəsi Koroneldən San-Pedro-de-la-Pas istiqamətində hərəkət edirdi.

Ölkədəki dəmiryol daşımaları operatoru olan EFE şirkəti bildirib ki, hadisə zamanı avtomobil keçidindəki maneədə nasazlıq olmayıb. Avtobusun sürücüsü saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ