RU
Çilidə yeni “Mauqli” tapıldı –
23:31
1151

Çilidə yeni “Mauqli” tapıldı –

Oğlanı hamilə it yedirdib.

Çilidə polis heyvanların böyütdüyü uşağı tapıb.

7news.az “Rossiya-24”ə istinadla xəbər verir ki, Arika şəhərindən olan qadın köhnə avtomobillərin olduğu zibillikdə hamilə itin yarıçılpaq oğlanı yedirtdiyini görüb. Qadın dərhal polis çağırıb.

Polis bildirib ki, müasir “Mauqli”ni valideynləri atıb, uşaq olduqca zəifdir. Hazırda uşaq xəstəxanada həkimlərin nəzarəti altındadır.

Yerli KİV-in məlumatına əsasən, polis uşağın anasını artıq tapıb. Uşağın gələcək taleyini məhkəmə həll edəcək.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ