RU
İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları satan ana tutuldu - VİDEO
14:55
729

İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları satan ana tutuldu - VİDEO

Ukraynada "ilin ən iyrənc cinayəti" adlandırılan olay yaşanıb. 26 yaşlı qadın 4 yaşlı oğluna mütəmadi təcavaüz edib, cinsi əlaqələrin videolarını çəkərək satıb.

Olay Vinnitsa şəhərində yaşanıb. Qadın pornoqrafik məzmunlu videoları internetdə sataraq pul qazanırmış.

Əvvəllər pornoqrafik filmlərə çəkilmiş bu qadın sonradan 4 yaşlı oğluna təcavüz etməklə iyrənc görüntüləri videokamera ilə çəkib və "biznes" qurub.

Ukrayna Milli Polisindən verilən məlumata görə, o, internetdə uşaqbazların və pedofillərin toplaşdığı qapalı forumlarda indiyədək 30-dan çox belə video və foto satıb.

Qadın oğlu 2 yaşında olanda övladına ilk dəfə təcavüz edib.

Hər videoçarxın qiyməti 1500-3000 qrivna (56-112 dollar) olub.

Qadının yaşadığı mənzildə axtarış aparılarkən onun noutbukunda pedofiliya (uqşaqbazlıq) kimi dəyərləndirilmiş çoxsaylı video və foto aşkarlanıb.

Əxlaqsız ananı 10 ilədək həbs gözləyir.



 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ