"Globe Soccer Awards”ın versiyasına əsasən 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
7News.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, namizədlər sırasında Zinəddin Zidan ("Real" Madrid), Klaudio Ranyeri ("Lester"), Fernandu Santuş (Portuqaliya millisi), Massimiliano Alleqri ("Yuventus") və Unay Emeri (PSJ) yer alıb.
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.








