`Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər`.
7News.Az-ın "İnterfax” a istinadən verdiyi məlumata görə, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib.
Onun sözlərinə görə, qiymətləri müəyyən etmək və formalaşdırmaq üçün tələb və təklif arasında balansın olması əsasdır: "Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.








