Çilinin keçmiş prezidenti Sebastian Pinera helikopter qəzasında həlak olub. Helikopterdə olan digər 3 nəfərin isə qəzadan yaralı sağ çıxdığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Çilinin keçmiş prezidenti Sebastian Pinera (74) onu daşıyan helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Pinera ofisindən verilən açıqlamada, Pinera və ətrafını daşıyan helikopterin Los Rios bölgəsindəki Laqo Ranko qəsəbəsində qəzaya uğradığı bildirilib.
7NEWS.az








