Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə ilk insanda quş qripinə yoluxma faktını təsdiqləyib.
Bu barədə "La Tercera” qəzeti məlumat yayıb.
Məlumata görə, xəstəlik 53 yaşlı kişidə aşkarlanıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Nəşr kişinin virusa necə və harada yoluxduğu barədə məlumat vermir.








