Bu barədə "Boston Globe" qəzeti yazır.
1951-ci ildə Valentin Günündə kollec dostlarının təşkil etdiyi görüşdə tanış olan Orri Kelli və Con Kostello ilk baxışdan bir-birinə aşiq olublar.
"Mən dərhal aşiq olduğumu anladım. Tanışlığımızdan iki il sonra evləndik. Həmin gündən həyatımız nağıla çevrildi", - deyə Con bir neçə il öncə danışıb./big

Birlikdə onlar beş övlad böyüdüblər. Ailə qayğılarına baxmayaraq, cütlük birlikdə gəzməyi, bir-birlərinə diqqət və sevgi göstərməyi unutmayıblar.
Tanışlar onların evliliyini on illərlə uzanan ilk görüşə bənzədirlər, övladları isə valideynlərinin onlara şən və qayğısız uşaqlıq bəxş etdiklərini bildirirlər.
"Onları təsadüfən axşam yeməyində görsəydiniz, düşünərdiniz ki, necə də sevimli bir cütlükdür, bir-birlərinə necə də aşiqdirlər," - deyə qızı Morin Tripp danışıb.
Onlar sevərək yeni tanışlıqlar qurur və insanların adlarını və doğum günlərini heç vaxt unutmurdular.
"Bir-birlərini sevindirməyi, sürprizlər etməyi və hədiyyə bağışlamağı sevirdilər. Böyük və kiçik hədiyyələr səbəbli və səbəbsiz verilirdi. Hədiyyə seçimi və hazırlanması onlara xüsusi zövq bəxş edirdi. Sənin sürprizinizə başqasının sevindiyini görmək necə də xoşdur", - deyə Tripp əlavə edib.
91 yaşlı Orri sentyabrın 10-da yuxuda Conun əlindən tutaraq dünyasını dəyişib, 20 saat sonra isə 93 yaşlı həyat yoldaşının da ürəyi dayanıb.
7News.Az








