Tovuzda abadlıq quruculuq işləri üçün istifadə edilən dəmir boruları oğurlayan 58 yaşlı kişi saxlanılıb.
Hadisə rayonun Əyyublu kəndində, Bakı-Qazax avtomagistralının kənarında baş verib. Gecə yarısı yolun ətrafında basdırılan dəmir boruları içkili halda olan Cavanşir İbrahimov çıxararaq öz həyətinə yığıb.
İlk dəfədi oğurluq etdiyini deyən kənd sakini hadisəni necə törətdiyini xatırlamır. Əyyubluda tək yaşayan kişini Tovuz polisi yuxudan ayılan zaman saxlıyıb. Əməlini etraf edən Cavanşir İbrahimov sərxoş olub oğurluq etdiyini deyir. Faktla bağlı araşadırmalara başlanılıb./atv
7news.az








