Futbol mövsümü başa çatdığı üçün klublar növbəti mövsümə hazırlıqları davam etdirir.
7News.Az xəbər verir ki, hətta bir neçə klub artıq yeni transferləri həyata keçirib.
Avropa nəhəngləri də mövsüm ərzində izlədikləri oyunçuları heyətə qatmaqda davam edir. İndiyə qədər reallaşmış transferləri təqdim edirik:
Mats Hammels – Dortmund “Borussiya”sından “Bavariya”ya
Transfer qiyməti – 38 milyon avro
Renato Sançes – “Benfika”dan “Bavariya”ya
Transfer qiyməti – 35 milyon avro
Kevin Volland – “Hoffenhaym”dan “Bayer”ə (Leverkuzen)
Transfer qiyməti – 20 milyon avro
Osman Dembele – “Renn”dən “Borussiya”ya
Transfer qiyməti – 15 milyon avro
Joel Matip – “Şalke”dən “Liverpul”a
Transfer qiyməti - Yoxdur
Alan Rusi – “San Lorenso”dan “Sportinq”ə
Transfer qiyməti – 5,3 milyon avro
Yosip Brekalo – Zaqreb “Dinamo”sundan “Volfsburq”a
Transfer qiyməti – 7 milyon avro
Mixayıl Kadleç – “Fənərbaxça”dan “Sparta”ya (Praqa)
Transfer qiyməti – Yoxdur
Çağlar Söyüncü – “Altınordu”dan “Frayburq”a
Transfer qiyməti – 2,5 milyon avro
Yulian Baumqartlinqer – “Maynts”dan “Bayer”ə
Transfer qiyməti – 4 milyon avro
Lorenso Tonelli – “Empoli”dən “Napoli”yə
Transfer qiyməti – 10 milyon avro








