Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib.
Bu Bakının "İnter" klubudur.
"Bankirlər" 1/4 finalda Gəncənin "Kəpəz" klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bugünkü cavab görüşündə səfər heç-heçəsinə nail olub - 0:0.
Bununla da iki oyunun nəticəsinə əsasən, "İnter" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Qəbələ" və AZAL komandaları arasındakı qarşılaşmanın qalibi olacaq.
7news.Az








