Dünyanın ən yırtıcı heyvanlarından biri onu illər öncə ölümdən xilas edən insanın əməyini unutmadı.
Meksikada şirlə insanın emosional qovuşması ortaya maraqlı mənzərə çıxarıb. Qapı açılar açılmaz qarşısındakı insana doğru qaçan şir onu parçalamaq əvəzinə, oynamağa başlayıb.
Görüntülərdəki şəxs Mexiko sakini Adolfodur. İllər öncə bu şir hələ balaca olanda ölümdən xilas edərək evində saxlayan Adolfo, yırtıcı heyvanı bir müddət sonra zooparka təhvil verib. Bundan sonra uzun müddət sahibindən ayrı düşən yırtıcı illər keçsə də, onu utunmayıb. Adolfonun səsini eşidən kimi onu tanıyan şir, özünü onun qucağına ataraq Adolfonun əllərini və üzünü yalamağa başlayıb
Elə meksikalının soyuqqanlı davranışları da diqqətdən yayınmayıb. Şİrlə eyni qəfəsə daxil olmaqdan çəkinməyən Adolfo özünü onun qollarına atmaqdan da qorxmayb.
Şirlə keçmiş sahibinin bu maraqlı qarşılaşması qısa zamanda ölkədə və dünyada rezonans yaradıb. Sosial şəbəkələrdə rəğbətlə qarşılanan bu görüntülər Yırtıcı heyvanların da emosional ola bildiyini sübut edib./atv
7news.az








