RU
İlon Mask Vladimir Putini təkbətək döyüşə çağırdı - FOTO
14:30
799

İlon Mask Vladimir Putini təkbətək döyüşə çağırdı - FOTO

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb.

7News.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mask Tvitter səhifəsində yazıb:

"Vladimir Putinə meydan oxuyuram. Təkbətək döyüşə dəvət edirəm. Mərc Ukraynadır".

O, daha sonra Kremlin səhifəsini də işarə edərək rus dilində duellə bağlı fikirlərini soruşub: 

"Bu döyüşə razısınızmı?".
Qeyd edək ki, İlon Mask müharibənin başlanğıcından Ukraynaya yalnız ianələr deyil, həm də sürətləndirilmiş "Starlink" peyk internetinin quraşdırılmasına da kömək edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ