Cənab Prezident Nazirlər Kabinetinin son iclasında dünyada baş verən iqtisadi böhran və onun Azərbaycana təsirindən danışdı. Müşavirədə eyni zamanda bəzi işbazların süni şəkildə qiymət artımınl reallaşdırmasının cəmiyyətsə narazılıq hissi doğurduğu qeyd olundu.
Məsələ ilə bağlı 7News.az-a münasibət bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətisədri İlqar Orucov Nazirlər Kabinetinin son iclasının ölkəmiz üçün olduqca vacib olduğunu dedi: “Cənab Prezidentin rəhbərliyi ilə keçirilən sonuncu müşavirədə bir daha iqtisadi sferada aparılması zəruri olan islahatlar müzakirə edildi. Və iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, digər iqtisadi istiqamətlərdə imkanlar, hansı motivasiyaların yaradılmasının zəruriliyi ətraflı şəkildə təhlil edildi. Həmçinin, insanlarımızın ən zəruri sosial qayğılarının təmin edilməsi barədə tapşırıqlar əksini tapdı. Təxminən 10-15 gün ərzində aparılan islahatlar artıq nəticələrini verməkdədir, insanlar arasında bilərəkdən və məqsədli şəkildə yaradılmış süni ajiotaj və çaşqınlıq artıq demək olar ki, aradan qaldırılmışdır. Yaranmış şəraitdən süi-istifadə edən işbazlar barədə qanunun tələblərinə müvafiq ölçü götürülmüşdür və bundan sonra da bu cür işbazlar, insanları narazı salan möhtəkirlər ən sərt şəkildə cəzalanacaqlar. Artıq bir neçə müddət öncədən başlanılmış iqtisadiyyatın şaxələndirilməsi prosesi artıq sürətlənmişdir. Lisenziyaların ləğvi və ya sadələşdirilməsi, gömrük sahəsində azad rəqabətə əngəl olan inhisarçılıq, qanunsuz yoxlamalar və müdaxilələr artıq tam aradan qaldırılmış və əslində iqtisadiyyatın bütün istiqamətlərinin inkişaf etdirilməsi istiqamətində yeni üfüqlər açılmışdır. Əlbətdə proses ölkə rəhbərliyinin ciddi nəzarətindədir, islahatlar davam edir. İnanıram ki, yaxın bir-neçə ildə biz həm aqrar sahədə ciddi dönüş yarada biləcəyik, həm xidmət sahələri daha da genişlənəcək, həm turizm imkanları genişlənəcək, tikinti sektorunda ciddi canlanma başlayayacaq. Yəni, hədəfdə iqtisadiyyatın bütün sferalarının paralel olaraq inkişaf etdirilməsidir. Yetər ki, insanlar dövlətin yanında olsunlar, dövlətin yaratdığı imkanlardan istifadə etsinlər, sözün həqiqi mənasında əllərini çırmalayıb zəhmətə qatlaşsınlar.”
7News.az








