RU
14:29
434

"İlqara məsləhətim odur ki, böyük məsələlərlə məşğul olmasın" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İlqar Məmmədov ümumiyyətlə son günlər çox panik durumdadır. Ona görə də ağlına və ağzına gələn açıqlamaları verir. Səbəbi isə konkret dəqiqləşdirmək, müəyyənləşdirmək çətindir. Bu, ya partiyasına üzv tapa bilməməklə, ya siyasi bitkinliklə, ya da sadəcə gündəmə gəlmək həvəsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Deputat sözlərinə belə davam edib: "Hərgah, İlqar Məmmədov bir şeyi dəqiq bilsin və qulağına sırğa eləsin: Biz indiyə qədər heç bir informasiya müharibəsini uduzmamışıq. Beynəlxalq ictimai rəy də hər zaman Azərbaycanın tərəfində olub, Azərbaycanı dəstəkləyib.

İlqar Məmmədov deyir ki, son illər ölkəmizdə "demokratiya profili"nə zərbələr olub. Hansı zərbələr olub, ay İlqar? Zərbə olsaydı, sən öz müxalifətçiliyini bu qədər rahat şəkildə edə bilərdinmi? Zərbə vurulsaydı, sosial şəbəkələr bu qədər sərbəst ola bilərdimi? Zərbə olsaydı, mövcud hakimiyyət siyasi dialoqa maraq göstərərdimi? Azərbaycanda demokratiya ən yüksək səviyyədədir. İctimai rəy də bizim xeyrimizədir.

İlqara isə məsləhətim odur ki, böyük məsələlərlə məşğul olmasın. Sadəcə, gedib partiyasına 5 min üzv tapsın, yetər".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ