İstanbulda keçirilən seçkinin nəticələri məlum olub
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP namizədi Əkrəm İmamoğlu rəsmi olmayan nəticələrə görə, 731 min səslə qalibdir.
Bu zəfərin ardınca İmamoğlu kameralar qarşısına keçib.
"İstanbulun galibi xalqımız yaxşı ki, varlar. Bütün xidməti dostlarımız sandıq başlarından ayrılmasınlar. Biz demokratiyanın rahatlıqla irəliləməsinin tərəfdarıyıq. Təəssüf ki, 31 martta bu işləmədi. Saatları dayandıraraq zamanın axışını əngəlləyə bilməzsiniz.
Reallıqların üzərini əsla örtə bilməzsiniz. Bu, İstanbulda bir səhifə bağlandı yeni bir səhifə açıldı demək deyil. Hamının ortak bir səhifə açdığı mənasına gəlir.
Mən bu şəhəri tək başına idarə etməyəcəm. Hər kəsin səsinə qulaq verəcəm. Partiyalar müqəddəs deyillər. Partiyalar kimi liderlər də müqəddəs deyillər. Onları müqəddəsləşdirmək doğru deyil. Ən böyük millətdir, çünki suverenlik qeyd-şərtsiz millətindir.
Buradan Ərdoğana səslənirəm. Sizinlə uyğun formada işləməyə hazıram".
7News.Az








