RU
Çimərlik zonalarının çirklənməsi ilə bağlı ETSN-dən açıqlama
17:20
144

Çimərlik zonalarının çirklənməsi ilə bağlı ETSN-dən açıqlama

Ekologiya  və Təbii Sərvətlər Nazirliyi çimərlik zonalarının çirklənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

Xəbəri rus dilində oxuyun: В Бине и Седереке проведена операция

O qeyd edib ki, son zamanlar aparılan monitorinqlər zamanı Pirşağı çimərliyinin çirkli ərazi olduğu məlum olub: "Bir neçə ildir ki, Pirşağı çimərliyi əhalinin çimməsi üçün yararsızdır. Məsələnin həlli kimi "Azərsu” ASC tərəfindən sutəmizləyici qurğunun inşası həyata keçirilir. Bundan sonra Kürdəxanı, Digah və digər ərazilərdə də çirkab sular həmin qurğuya yönləndiriləcək. Qurğunun istifadəyə verilməsindən sonra bu problem aradan qalxacaq. Ümumilikdə 11 qəsəbənin suyu orada təmizlənərək Xəzərə axıdılacaq”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ