Koronavirusa görə çimərlikdə 100 qəbir qazılıb.
7News.Az Haberglobal-a istinadla xəbər verir ki, karantin rejimi tətbiq olunmayan Braziliyada bu məhdudlaşdırılmaların tətbiqinə diqqət çəkmək məqsədi ilə etiraz aksiyası keçirilib. Bu məqsədlə Copacabana çimərliyində 100 simvolik qəbir qazılıb. Ölkədə koronavirusdan ölən 40 min nəfərə diqqət yönəltmək məqsədi ilə bu məzarlara qara xaçlar basdırılıb.
Qeyd edək ki, Koronavirusun pandemiya elan edildiyi vaxtlardan Braziliyada hər hansı məhdudlaşdırmalar olmayıb. Hətta koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonarososial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub. Lakin Braziliya koronavirusa yoluxanların sayına görə siyahıda ABŞ-dan sonra ikinci yerdədir. Burada xəstəxanalarda boş yer qalmayıb, koronavirusdan ölənləri dəfn etmək üçün bir neçə əyalətdə kütləvi qəbiristanlıqlar qurulub.
7News.Az








