RU
Çimərlikdə bu halla rastlaşsanız, polisə xəbər verin
17:57
2295

Çimərlikdə bu halla rastlaşsanız, polisə xəbər verin

Xəzərin müxtəlif çimərliklərinə üz tutan şəxslər tez-tez burada heyvanalara rast gəlirlər. 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkan çimərliyində insanların toplum halda çimdiyi ərazidə bir nəfər atla dənizə girib. 20 dəqiqə ərzində sahildən uzaqlaşan "atlı" heç nə olmamış kimi atı camaatla bərabər dənizdə çimizdirib.

Nabran çimərliyində isə inəklər istirahət edir. Adamların ayağı da qum əvəzinə mal nəcisinə batır. Bir qədər sonra Xəzərin Corat sahillərində dəvə görsəniz, heç buna da təəccüblənmək lazım deyil. 

Dəvə demişkən ərəblərin Bakıya axışdığı bir vaxtda dəniz onlara təqdim edə biləcəyimiz ən yaxşı seçim ola bilər. Amma bu antisanitar vəziyyətdə nə yerli camaat, nə də hansısa əcnəbi bizim çimərliklərdə dincəlmək arzusuna düşər. 

Rəsmi qurumlar isə bu cür halların qarşısını almağın yeganə yolu kimi polisə müraciət etməyi görürlər. 

7News.az bildirir ki, Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq çimərliyə at, it, pişik, quş kimi heyvanlarla getmək qadağandır, qaydanı pozan şəxslər müvafiq olaraq cərimələnir. Bunun üçün də belə halı müşahidə edən şəxslər polisə müraciət etməlidir. Xəzər çimərliklərində gigiyenik vəziyyətə gəlincə isə qurum rəsmisi bildirir ki, son yoxlamanı avqustun 1-də aparıblar. Sudan götürülmüş nümunələrin analizləri suyun gigyenik tərkibinin normal olduğunu göstərir. Qeyd edək ki, Sanitar-Epidemiologiya Mərkəzi Şıxov və Qaradağ çimərliklərində çimməyi qadağan edib. /1xəbər.com

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ