RU
Çimərlikdə şəkil çəkdirmək arzusu ölümlə nəticələndi
12:40
306

Çimərlikdə şəkil çəkdirmək arzusu ölümlə nəticələndi

Türkiyədə çimərlikdə şəkil çəkdirmək istəyən gənc oğlan həyatını itirib.

Yenisabah.az yerli KİV-ə istinadla bildirir ki, hadisə avqustun 7-də Kocaeli vilayətinin Kandıra qəsəbəsində qeydə alınıb.

29 yaşlı Hüseyn Yılmaz adlı şəxs şəkil çəkdirmək üçün qayaların üzərinə çıxıb. Bu zaman isə o dəhşətli hadisənin qurbanı olub. Belə ki, şiddətli dalğalar gənc oğlanı qayalardan dənizə salıb.

Aparılan axtarış tədbirlərindən sonra nəhayət avqustun 10-da onun meyiti sahildən 200 metr kənarda tapılaraq aidiyyatı üzrə təhvil verilib. /Lent.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ