Bu gün saytımızda "İcra başçısıyla iş adamları arasında 9 milyonluq borc qalmaqalı" başlı yazı dərc etmişdik.
Hansı ki, məqalədə İmişli rayon icra başçısı Vilaym Hacıyev rayonun abadlaşdırılmasında imkanlarından yararlandığı sahibkarların pullarını verməməsindən söhbət açılmışdı.
Məlumatda deyilirdi ki, bir neçə iş adamını İmişli rayonunun yenidən qurulması və abadlıq işlərinə şirin vədlərlə cəlb edən icra başçısı, onların maddi imkanlarından yararlanıb. Bu işlərə görə, həmin sahibkarların xərclədiyi 9 milyon manatdan çox vəsait isə hələ də sahibinə qaytarılmayıb.
Məsələ ilə bağlı 7News.Az-a danışan İmişli rayonu icra hakimiyyətinin "İnformasiya təminatı və təhlili sektoru"nun müdiri Elnur Tağıyev bu məsələnin tamamiylə böhtan olduğunu bildirib: "2012-ci ildə görüləcək olan abadlıq işləri ilə bağlı İmişli rayon icra hakimiyyəti ELQANTKO MMC ilə müqavilə imzaladı və həmin müqavilə əsasında abadlıq işləri görüldü. Bu işlərin müqabilində ELEQANTKO MMC-yə vəsait tam olaraq ödənib. Heç bir sahibkara İmişli rayonu icra hakimiyyətinin borcu yoxdur. Bütün bunlar sadəcə görülən işlərə ləkə yaxmaqdır".
Qeyd edək ki, yayılan məlumatda Vilyam Hacıyevin iş gördürüb, pullarını vermədiyi iş adamlarının sayı təqribən 5 nəfərə yaxın olduğu göstərilmişdi. Onlardan 4-ə ayrı-ayrılıqda 2 milyon manat borcu olan icra başçısı, əsasən də onlarla problem yaşamaq ərəfəsindədir. Ona görə ki, iş görüb, pulunu almayan sözügedən şəxslər artıq borcların geri qaytarılmasını tələb etməkdədirlər.
Əlavə məlumat üçün; http://www.7news.az/hadise-5/icra-bascisiyla-is-adamlari-arasinda-9-milyonluq-borc-qalmaqali-7827








