RU
İmişlidə 12 yaşlı yeniyetməni avtomobil vurub
19:45
393

İmişlidə 12 yaşlı yeniyetməni avtomobil vurub

İmişli rayonunda piyadanın vuruması ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə bu gün günorta saatlarında rayonun Qaradonlu kəndində qeydə alınıb. 
Kənd sakini, 12 yaşlı Mirələkbər Mirsəməd oğlu Süleymanovu velosipedlə hərəkətdə olarkən minik avtomobili vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ