İmişlidə piyadanı avtomobil vurub.
7news.Az APA-ya istinadən xəbər verir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini 1989-cu il təvəllüdlü Dəmirov Samit Ziyad oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran avtomobilin sürücücüsü hadisə yerindən qaçıb. Yaralı sağ budunun yerdəyişmiş sınığı və digər ağır xəsarətlərlə İmişli rayon xəstəxanasına çatdırılıb
Hazırda İmişli Rayon Polsi Şöbəsi tərəfindən hadisəni törədən sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
7news.Az








