İmişlidə 3-cü dəfə zəlzələ baş verib.
Bu gün İmişlidə növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:51:01-də İmişli rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4.1 , dərinliyi 28 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub./azvision.az
7News.Az








