RU
İmişlidə ağır yol qəzası
17:22
1248

İmişlidə ağır yol qəzası

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Xubyarlı kəndində rayon sakinləri Qeyrət Muradovun idarə etdiyi “Mercedes” və Həsən Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəzanın baş verməsi nəticəsində H.Hüseynov və sərnişini Əlizamin Abayev ölüb, Q.Muradov və onun sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ