RU
İmişlidə avtomobil aşıb, 1 nəfər ölüb, 3-ü xəsarət alıb
11:00
26

İmişlidə avtomobil aşıb, 1 nəfər ölüb, 3-ü xəsarət alıb

İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ