İmişlidə motosikletlə avtomobil toqquşub.
Hadisə bu gün 15.00 radələrində İmişli rayonunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.
Cavadxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Ağayev Xalid Böyükağa oğlu motosikleti idarə edərkən digər avtomobil tərəfindən vuruub. Nəticədə Xalid Ağayev ağır bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır./apa
7news.Az








