“İmkanlar Sənə Doğru!” devizialtında “Səyyar Gənclər Xidməti” layihəsinə start verildi
Səyyar Gənclər Xidməti ucqar kənd gəncləri ilə25 iyul tarixində Quba rayonunun Üçgün kəndində "İmkanlar Sənə Doğru!” devizialtında "Səyyar Gənclər Xidməti” layihəsinə start verildi. Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyiilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan vəxidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı vədigər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçünəlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəltəşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlbolunması təmin edilib.Həmçinin, layihənin əsasında gənclərin dövlətçilik və vətənpərvərlik ruhundayetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəlitəşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsi dayanır. Buxüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsiinkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digərmövzularda açıq hava şəraitində təlimlər keçirilib. Bununla yanaşı, layihədə nəzərdə tutulmuş əyləncə proqramları çərçivəsindəgənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilir, həmçinin tanınmışinsanlarla, o cümlədən uğurlu iş adamları ilə görüşlər keçirilir. Açılış tədbirində Azərbaycan Respublikası Gənclər Fondu, Quba rayon icrahakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi vəDayanıqlı İnkişaf Agentliyinin rəhbər şəxsləri gənclərlə görüşərək, dövlət başçısınıngənclərə qayğısı və bu xüsusda, təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumatverdilər. Tədbir zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlıordumuzun qazandığı tarixi zəfər və bu qələbənin yaratdığı yeni reallıqlar fonundagənclərin üzərinə düşən vəzifələr qeyd olundu."Səyyar Gənclər Xidməti” növbəti 4 ay ərzində respublikanın 39 rayonunun 100-əyaxın kəndini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, "Gənc Könüllülər” İctimaiBirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. İmkanlar gənclərə doğru gəlir!