RU
İmperator Putinlə görüşməyəcək
22:30
366

İmperator Putinlə görüşməyəcək

Rusiya prezidenti Vladimir Putin 15-16 dekabrda baş tutacaq Yaponiya səfəri zamanı imperator Akihito ilə görüşməyəcək. 

7news.Az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb yaponların bu səfərə qarşı olan ABŞ-ı narazı salmamaq istəyidir.
 
Məlumatda bildirilir ki, ABŞ Rusiya əleyhinə sanksiyalara G7 ölkələri tərəfindən əməl olunmasını istəyir.
Ona görə də Yaponiya hökuməti amerikalı müttəfiqlərinə bu səfərin elə də mehriban atmosferdə keçməyəcəyini göstərməyə çalışır. 
Danışıqlar Yaponiyanın baş naziri Sindzo Abenin doğma şəhəri Naqatoda aparılacaq. Sonradan Tokioda iqtisadi əməkdaşlıq barədə danışıqların davam etdiriləcəyi bildirilir.
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ