RU
İmtahana görə intihar edən Elşən...
17:50
415

İmtahana görə intihar edən Elşən...

Xəbər verdiyimiz kimi, iki gün öncə Xırdalan şəhərində 2006-cı il təvəllüdlü Elşən İslamov imtahanda az bal topladığına görə intihar edib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özünə qəsd edən yeniyetmənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, E.İslamov şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, o, orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ