RU
İmtahanda uğur qazanıb məktəb direktoru təyin olunan şəxslərin sayı açıqlanıb
13:20
113

İmtahanda uğur qazanıb məktəb direktoru təyin olunan şəxslərin sayı açıqlanıb

"İndiyədək 10 minə yaxın namizəd direktorların işə qəbulu imtahanında iştirak edib. Onlardan 2000-ə yaxını bu vəzifəyə təyin olunub”.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O xatırladıb ki, sabah – iyulun 6-da şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi keçiriləcək: "Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq”.

Şöbə müdiri söyləyib ki, şagird sayı 500-dən az olan məktəblərə direktorlar təyinatı üçün namizədlərin test imtahanı mərhələsi artıq yekunlaşıb: "Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ