İmtahandan xaric edilənlərə heç bir halda ikinci şans verilməyəcək.
7News.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, həmin şəxslər qayda-qanunu pozur və digər abituriyentlərin inamını zədələyirlər.
"Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur" - deyə o əlavə edib.








