RU
İmtahanın vaxtı açıqlandı
12:29
1429

İmtahanın vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 15-də 2016/2017-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

7News.az-ın TQDK-ya istinadən xəbərinə görə, imtahanda iştirak etmək üçün ərizə veən abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytında müvafiq səhifəyə  daxil olaraq “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.Buraxılış vərəqəsi ilə yanaşı saytın müvafiq səhifəsində onlara “Yaddaş kitabçası” da təqdim olunur.

Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. TQDK-dan onu da bildiriblər ki, imtahanda 14 min 495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ