ABŞ dövlət katibi Blinken Pekində Çin lideri Si Cinpin ilə görüşüb. Xi deyib ki, ABŞ və Çin "bəzi məsələlərdə irəliləyiş əldə edib və razılığa gəliblər".
7NEWS.az xəbər verir ki, son 5 ildə Çinə səfər edən ilk ABŞ dövlət katibi Antoni Blinken Pekindəki Xalq Yığıncaq Salonunda Çin sədri Si Cinpinlə görüşüb. ABŞ dövlət katibi ilə görüşündə "dövlətlərarası münasibətlərin hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanması lazım olduğunu" ifadə edən Xi, "Ümid edirəm ki, nazir Blinken bu səfərlə Çin-ABŞ münasibətlərinin sabitləşməsinə müsbət töhfələr verəcək" deyə bildirib.
7NEWS.az








