7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ilin birinci rübü üçün ölkənin ən mühüm ticarət tərəfdaşlarını açıqlayıb. Açıqlanan məlumatlara görə, Çin Almaniyanın xarici ticarətində 2024-cü ilin yanvar-mart aylarında ən mühüm tərəfdaş ölkələr siyahısında ikinci yeri tutub, çünki Almaniya Çindən xeyli az mal idxal edib. Almaniya ilə Çin arasında mal ticarəti yanvar-mart dövründə 11,7% azalaraq 36 milyard avroya düşüb. Almaniyadan Çinə ixrac edilən malların dəyəri 1,1 faiz azalaraq 24 milyard avroya düşüb.
7NEWS.az








