Çin Banqladeşdə qurulan müvəqqəti hökuməti dəstəkləyib və "əməkdaşlığa hazırıq” mesajını verib
7NEWS.az xəbər verir ki, Çin Banqladeşdə baş məsləhətçi kimi Nobel mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumətin yaradılmasını alqışladığını açıqlayıb. Çin Xarici İşlər Nazirliyi Banqladeşin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıb və Banqladeş xalqının seçdiyi inkişaf yolunu dəstəklədiklərini bildirib. Çin rəsmiləri digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduqlarını bir daha bəyan edərək Banqladeşlə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və hərtərəfli strateji əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
7NEWS.az








