7NEWS.az xəbər verir ki, Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə dənizdən 4 peyk buraxıb. Sinxua agentliyinin xəbərinə görə, Şandun əyalətinin Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında üzən platformadan "Tienqi" sinifli 4 internet rabitə peyki orbitə buraxılıb. Bu, CERES-1 raketi ilə 9-cu və dənizdən ilk buraxılış idi.
7NEWS.az








